Dəhşətli mənzərə: futbolçunun ayağı 90 dərəcə çevrildi - FOTOLAR

Dəhşətli mənzərə: futbolçunun ayağı 90 dərəcə çevrildi - FOTOLAR
08:18 4 Noyabr 2019
120 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasının 11-ci turu çərşivəsində “Everton”la “Tottenhem” arasında qarşılaşma baş tutub.

Publika.az xəbər verir ki, 1-1 hesabı ilə başa çatan matçın 79-cu dəqiqəsində faciəvi hadisə olub.

Belə ki, “Tottenhem”in oyunçusu Heunq-Min Son “Evertonun” futbolçusu Andre Qomesin ayağının üzərinə çıxıb. Qomesin ayağı biləkdən aşağı 90 dərəcə çevrilib. Mənzərəni görən hər kəs dəhşət içində Qomesin ağrı içində qıvrılmasını seyr edib. Futbolçu təcili yardımla xəstəxanaya çatdırılıb. Pozisiyaya görə qırmızı kart alan Min Son rəqibinin ayağını görəndə göz yaşlarını saxlaya bilməyib.

90+7-ci dəqiqədə rəqibin qapısına yol tapan türk futbolçu Cenk Tosun komanda yoldaşının aqibətinə görə qarşılaşma bitdikdən sonra hönkür-hönkür ağlayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/295033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR