"Qəbul etməliyik ki, Türkiyə..." - NATO Baş katibindən etiraf

NATO Baş katibi Türkiyə ilə bağlı etiraf dəyərində açıqlamalar verib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, "Bild" qəzəzetinə verdiyi açıqlamada NATO Baş katibi Cens Stoltenberq heç bir NATO üzvü ölkənin Türkiyə qədər terror hücumuna məruz qalmadığını deyib. O bildirib ki, Suriyanın şimalında şiddət artmaqdadır və siyasi bir həll tapmaq üçün çalışmalar da artmalıdır:

"Burada Türkiyənin əhəmiyyətli bir müttəfiq olduğunu qəbul etmək lazımdır. İŞİD-ə qarşı mübarizədə və qondarma xilafətin fiziki olaraq məhv edilməsində Türkiyə qərarlı bir şəkildə addımlar atdı. Heç bir müttəfiq Türkiyə qədər miqrant qəbul etmədi. Türkiyə 3,6 milyon suriyalı aldı və heç bir NATO ölkəsi Türkiyə qədər terrordan zərər görmədi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR