Demetin əri ilə ögey qızı arasında gərginlik

Demetin əri ilə ögey qızı arasında gərginlik
10:32 4 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Keçmiş model Demet Şenerin basketbolçu İbrahim Kutluaydan olan qızı İrəmlə, əri Cenk Küpeli dalaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar ailəvi getdikləri bir məkanda hər kəsin içində yüksək səslə mübahisə ediblər. Səslərin yüksəldiyini görən Demet 13 yaşlı qızını da götürərək, oradan uzaqlaşıb. O, İrəmi sakitləşdirmək üçün alış-veriş edib və kinoya aparıb. Demet daha sonra qızı ilə ərini yenidən bir araya gətirərək barışdırıb.

Son günlər C.Küpeli ilə valideynləri arasında Demetə görə soyuqluq yaranıb. Belə ki, Cenkin atasının iddiasına görə, Demet onun oğlu ilə keçmiş əri İbrahimi unutmaq üçün evlənib. İrəm ilə Cenkin münasibətinin də məhz bu səbəblə pozulması istisna edilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/799468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR