İngiltərə Premyer Liqasında qorxunc zədə alan futbolçu əməliyyat olunacaq

İngiltərə Premyer Liqasında qorxunc zədə alan futbolçu əməliyyat olunacaq
10:42 4 Noyabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

"Everton" klubunun futbolçusu Andre Qomeş İngiltərə Premyer Liqasının XI turunda "Tottenhem"lə oyunda aldığı qorxunc zədədən sonra əməliyyat olunacaq.
"Report"un məlumatına görə, portuqaliyalı yarımmüdafiəçinin ayaq biləyi matçın sonlarında qırılıb. Rəqib futbolçu Son Hın Minin kobudluğundan sonra o, yerə uğursuz düşüb. Üstəlik, "Tottenhem"in daha bir oyunçusu Serj Oryo da Qomeşin ayağına zərbə endirib.
Sağ ayağı qırılan 26 yaşlı futbolçu stadiondan birbaşa xəstəxanaya aparılıb. Həkimlər Qomeşin zədəsinin tibbi müdaxiləyə ehtiyacının olduğunu bildiriblər.
Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 




Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-ngiltere-premyer-liqasinda-qorxunc-zede

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR