Donald Trampın "Tvitter" hesabı ilə bağlı

ABŞ-ın məşhur "New York Times" qəzeti ABŞ prezidenti Donald Trampın "Tvitter" hesabı haqqında maraqlı məqamları açıqlayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, yayımlanan məqalədə bildirilib ki, Trampın hesabından etdiyi paylaşımların yarısından çoxu müəyyən bir qurum və şəxsi hədəf alır. Onun daha öncə heç bir ABŞ prezidentinin faydalanmadığı qədər sosial mediadan faydalandı bildirilib.

Trampın 11 mindən çox paylaşımın araşdıran qəzet onun paylaşımlarının yarısından çoxunun onu tənqid edənlərə, ABŞ Mərkəzi Bankına, "Amazon"un qurcusu Cef Bezosa qarşı olduğunu təsbit edib.

Onun hesabından hər dəqiqədə mindən çox alıntı edildiyi məlum olub, Tramp özü isə sadəcə 47 nəfəri izləyir. Onun həmçinin 570 dəfə miqrantlara qarşı paylaşım etdiyi, 132 dəfə diktatorları təriflədiyi, 36 dəfə mediaya hücum çəkdiyi və 16 dəfə isə özünü təriflədiyi ortaya çıxıb.

Həmçinin qeyd edilib ki, tramp eynək taxmağı sevmədiyi üçün insanların çox olduğu məkanlarda paylaşım etmir. Onun paylaşımlarını əsasən səhər saat 6-10 arasında etdiyi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR