Özünüzə bənzəyən robot sifariş verə biləcəksiniz

Bir rus şirkəti olan "Promobot" robot istehsal edir və alıcılar aldıqları robotun hər hansı bir şəxs kimi görünməsini seçə bilirlər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin rəhbərlərindən olan Aleksey Luzakov deyib:

"Artıq hər kəs peşəkar və ya şəxsi istifadə üçün istədiyi hər hansı birinə bənzəyən robot sifariş edə bilər. Maykl Cordanın basketbol formalarını satan oxşarını və Villiam Şekspirin bir muzeydə öz mətnlərini oxuduqlarını təsəvvür edin".

Şirkətin veb saytında bildirilir ki, bu robotlar yeriyə bilmirlər, lakin boyun və gövdələrini hərəkət etdirə bilirlər. Robotun üzü onun 600 mikro ifadəyə sahib olmasını təmin edən 18 hərəkətli detaldan ibarətdir. Eyni zamanda robotta süni intellektlə çalışan 100 min danışıq modulu mövcuddur.

"Promobot" şirkətinin qurucusu olan Oleq Kivokurtsev bu robotların əsas əhəmiyyətinin insanın rəqəmsallaşdırılması olduğunu deyib və bunu "rəqəmsal ölümsüzlük" adlandırıb.

Bildirilib ki, şirkət artıq sifarişlər almağa başlayıb. Bunlardan biri pasport yoxlanışı kimi əməliyyatları yerinə yetirəcək robotdur və dövlət müəssisəsində fəaliyyət göstərəcək. Digər robot isə Albert Eynşteynin klonudur və bir sərgi üçün nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR