Novxanı-Pirşağı yolundakı ağır QƏZADA 1 ölü, 3 yaralı var

Novxanı-Pirşağı yolundakı ağır QƏZADA 1 ölü, 3 yaralı var
15:52 4 Noyabr 2019
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Novxanı-Pirşağı yolunda baş verən avtoqəza nəticəsində 1 nəfər dünyasını dəyişib, 3 nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəza ilə bağlı təcili tibbi yardıma çağırış 13:10-da daxil olub:

"Qəza nəticəsində 1 qadın hadisə yerində dünyasını dəyişib. 44 yaşlı kişi bud sümüyünün sınığı, 2 azyaşlı uşaq isə daxili qanaxmaya şübhə diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Yaralılara lazımi tibbi yardım göstərilir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/799600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR