Azərbaycanlı tələbələr “Huawei”-də təcrübə keçəcək

17:35 4 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziriliyi ilə əməkdaşlıq çərçivəsində “Huawei” şirkəti tərəfindən həyata keçirilən Seeds For The Future” layihəsinin qalibləri Çinə yola düşüb. Tələbələr “Huawei” şirkətinin baş ofisində təcrübə toplamaq, o cümlədən seminar və təlimlərdə iştirak etmək imkanı qazanıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “Huawei” şirkətinin  nümayəndələrindən ibarət münsiflər heyəti 20 tələbə arasından onunu seçərək müsabiqədə iştiraklarına razılıq verib.

Layihənin qalibləri Bəylər Bayramov (ADA), Gülnarə Əliyeva (ADA), Ülvi Mehdiyev (ADA). Lalə Əsgərova (ADA), Leyla Abdulsəməd (ADNSU), Türkan Nəbiyeva (ADNSU), Kamil Əliyev (BMU), Fərid Həmidov (BANM), Tapdıq Məhərrəmli (BANM) və Rəhman Abbaszadə (UNEC) olub.

Ölkəmizdə 2015-ci keçirilən “Seeds For The Future” layihəsi Azərbaycanın istedadlı gənclərinin potensialının üzə çıxarılması baxımından böyük önəm daşıyır.

Ötən 4 il ərzində onlarla Azərbaycanlı gənc bu layihədə iştirak edərək, “Huawei” kimi dünya nəhəngin iş üsulları ilə tanış olub, İKT üzrə biliklərini artırıb.




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-63958-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR