“Qarabağ” Mahir Emrelinin son durumunu açıqladı

“Qarabağ” Mahir Emrelinin son durumunu açıqladı
17:47 4 Noyabr 2019
103 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqanın 10-cu turunda "Neftçi" ilə matçda zədələnən "Qarabağ"ın hücumçusu Mahir Emrelinin əzələsində dartınma olduğu aşkarlanıb.

Milli.Az Sportal.az-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Mahir "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Kiprdə APOEL-ə qarşı keçirəcəyi oyunda iştirak etməyəcək.

APOEL - "Qarabağ" oyunu noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də Nikosiyada yerləşən GSP stadionunda baş tutacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/799636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR