Bakıda "Mercedes" motosikletlə toqquşdu - 1 nəfər xəsarət aldı

Bakıda "Mercedes" motosikletlə toqquşdu - 1 nəfər xəsarət aldı
18:22 4 Noyabr 2019
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda minik avtomobili ilə motosiklet toqquşub.

Milli.Az Trend-ə stinadən xəbər verir ki, qəza Xətai rayonu Afiyyəddin Cəlilov küçəsində qeydə alınıb. 10-NP-908 dövlət nişanlı "Mercedes"in motosikletlə toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Yaralı 1990-cı il təvəllüdlü Feyzullayev Hüseyn Məhərrəm oğlu təcili tibbi yardım ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona sol dirsəyin və sağ budun yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Xəstə həkimlərin ilkin tibbi yardımından sonra ambulator müalicəyə yola salınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/799674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR