Dünyanın ən zəngin azərbaycanlısı 6 günə 800 milyon dollar QAZANDI

Dünyanın ən zəngin azərbaycanlısı 6 günə 800 milyon dollar QAZANDI
20:22 4 Noyabr 2019
97 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan əsilli rusiyalı iş adamı, "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov son 6 gün ərzində sərvətini 800 milyon dollar artırıb.

Milli.Az Modern.az-a istinadən xəbər verir ki, əgər oktyabrın 29-da iş adamının sərvəti "Bloomberg Billionaires İndex"də 20,1 milyard dollar idisə, hazırda bu məbləğ 20,9 milyard dollar təşkil edir. İş adamının sərvəti xüsusən oktyabrın 31-dən noyabrın 1-nə keçən gün kəskin artıb. Uğurlu ticarət dövriyyəsi və "Lukoyl"un səhmlərinin bahalaşması iş adamına 24 saatda 518 milyon dollar sərvət qazandırıb.

Xatirladaq ki, 69 yaşlı iş adamı Rusiyanın 3-cü ən zəngin şəxsidir. Onun prezidenti olduğu "Lukoyl" şirkəti dünya neftinin 2%-ni hasil edir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/799619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR