Ayfon və Aypəd sahiblərinə xəbərdarlıq

Ayfon və Aypəd sahiblərinə xəbərdarlıq
20:47 4 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

"Əpl" şirkəti köhnə Ayfon və Aypəd modellərinin sahiblərinə tezliklə internet və yer təyin etmə sistemlərində problemlərin yaşana biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, şirkət problemlə üzləşməmək üçün istifadəçilərinə ən son proqram təminatını quraşdırmağı tövsiyə edib. Bu, 2012-ci ildən əvvəl istehsal edilən məhsullara aid edilib.

Problemlər (GPS vaxtının dəyişdirilməsi ilə bağlı) bazar ertəsi Bakı vaxtı ilə 04:00-dan etibarən müşahidə oluna bilər.

Şirkətdən bildirilib ki, proqram təminatını yeniləməyən Ayfon-5 istifadəçiləri Əpl Stor, Ayklod, elektron poçt və brauzerə girişi itirə bilər. Çünki bu cür imkanların hər biri vaxt və tarixdən asılı rejimdə çalışır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/hitech/799624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR