Bakıda iki avtobus toqquşub, xəsarət alanlar var

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

Metbuat.az-ın məlumatına görə, avtoqəza Qaqa Qarayev prospektində qeydə alınıb.

Hadisə zamanı 57 saylı xətt marşrutu üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusu ilə "BakuBus" MMC-yə məxsus 7A saylı xətt marşrutu üzrə hərəkət edən avtobus toqquşub. İlkin məlumata görə, yol qəzası nəticəsində azı 8 nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan 5 nəfəri xəstəxanada müalicəsini davam etdirəcək, digər 3 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Hadisənin təfərrüatları araşdırılır. /APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR