Bakıda iki avtobus TOQQUŞDU: 8 nəfər xəsarət aldı

Bakıda iki avtobus TOQQUŞDU: 8 nəfər xəsarət aldı
09:53 5 Noyabr 2019
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nizami rayonunda - "8-ci kilometr" bazarının yanında iki marşrut avtobusunun toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, hadisə barədə təcili tibbi yardıma çağırış saat 22:20-də məlumat daxil olub. Hadisə yerinə 5 briqada göndərilib:

"Ümumilikdə 8 nəfər hospitalizə olunub. Onların 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbbi Mərkəzə, digər 7 nəfər isə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/295159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR