Ultrasəs müayinəsində körpənin görüntüsü görənləri şok etdi - Foto

Şotlandiyanın Glasgov şəhərində yaşayan Jemma Houston adlı qadın gündəlik müayinə üçün həkimə müraciət edib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, 31 həftəlik hamilə olan qadın ultrasəs aparatında müayinə olunub. İddiaya görə, ultrasəsdə körpənin əli ilə zəfər işarəsi göstərdiyini görən həkim və ana böyük şok yaşayıb. Həkimdən ultrasəs görüntüsünü alan Houston görüntünü sosial media hesabında paylaşıb və "müayinəyə hər getdikdə doğru formada dayanmırdı. Bu dəfə isə poza verdi. Ətrafımdakılar bununla çox əyləndi" sözlərini deyib. Qadının yaxınları fotoya "Budur anasının qızı" şərhini bildiriblər.

Houstonun paylaşımı qısa müddətdə sosial mediada minlərlə paylaşılıb və ingilis mətbuatında gündəm olub. Sosial mediada fotonun gerçək olmayacağına dair şərhlər də diqqət çəkib.

Image result for Ultrasonda bebeğin yaptığı şey görenleri şoke etti!

https://metbuat.az/news/1285064/48-manat-qarsiliginda-merce-giren-sexs.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR