Ruhani nüvə sazişinə dair atacaqları dördüncü addımı açıqladı: Sabahdan etibarən...

İran prezidenti Həsən Ruhani paytaxt Tehranda bir fabrikin açılışında etdiyi çıxışda nüvə sazişindəki öhdəliklərini azaltma yönündə atacaqları dördüncü addımı elan edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Ruhani xatırladıb ki, nüvə sazişində "Qum şəhərində olan nüvə stansiyasındakı 44 cihazın fəaliyyətinə davam etməsi, lakin qaz vurulmaması" bəndi var. O bildirib ki, onlar bu öhdəliklərini ləğv edirlər və sabahdan etibarən Fordo Nüvə Stansiyasına qaz verməyə başlayacaqlar.

Ruhani bu addımlarından geri gönüş olmadığını və bu addımın ölkədə böyük bir elmi nailiyyət olduğunu qeyd edib. O həmçinin 4+1 ölkələrini də öhdəliklərinə geri dönməyə çağırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR