İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı - FOTO

İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı - FOTO
14:27 5 Noyabr 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 3-də saat 07:30 radələrində Astara şə­həri ya­xınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisin­də İrandan Azərbaycan istiqa­mə­tin­də döv­lət sərhədini pozaraq ölkə ərazi­sinə nar­ko­tik mad­də gətirən bir nəfər naməlum şəxs həmin ərazidə xid­mət aparan sərhəd naryadı tərəfindən aşkar edilib.

Dövlət Sərhəd Xidmətindən Milli.Az-a verilən məlumata görə, sər­həd­çi­lə­rin qanuni tələblərinə əməl etməyən sərhəd pozucu­sunun təqibi za­manı o, əlindəki çantanı ataraq relyefin mürək­kəbliyindən is­tifadə edərək İran istiqamətində geri qaçıb.

Hadisə yerinə baxış zamanı sərhəd pozucusunun yerə atdığı çantada qa­nunsuz yolla Azərbaycan ərazisinə keçirilən külli miqdarda nar­ko­tik va­sitə olan 12 kq 730 qram "Kakos", 7945 ədəd "Metadon 40" psixotrop maddə və bir ədəd so­yuq silah (xəncər) aşkar edilərək götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/799808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR