Fatimə həyat yoldaşına görə intihara cəhd edib

Fatimə həyat yoldaşına görə intihara cəhd edib
14:42 5 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Həyatımdan kitab yazsam, gərək onu əlində dəsmalla oxusunlar. Nağılabənzər kitabım var. Tam xoşbəxt deyiləm. O zaman olardım ki, oturardım, pul oradan-buradan gələrdi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri "Lider maqazin" proqramında rəqqasə Fatimə Fətəliyeva söyləyib.

Sənətçi bildirib ki, həyat yoldaşı Xəyala olan sevgisi onu intiharadək sürükləyib:

"Vaxt olub ki, 40-a yaxın dərman içib, özümü öldürmək istəmişəm. Rəfiqəmin anası olmasaydı, indi ölmüşdüm. Səbəbi isə sevgi olub. Onu sevdiyimə görə peşman deyiləm. Allah o sevgidən mənə gözəl oğlan bəxş edib".

Qeyd edək ki, Xəyal Fatimə Fətəliyevanın ikinci həyat yoldaşıdır. Cütlüyün bu nikahdan Hüseyn adlı oğlan övladı, rəqqasənin birinci evliliyindən isə Aydan adlı qızı var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/799834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR