Bu il BTC vasitəsilə 177 mln. bareldən artıq xam neft ixrac olunub

Bu il BTC vasitəsilə 177 mln. bareldən artıq xam neft ixrac olunub
14:57 5 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri üzrə əməliyyat xərclərinə təqribən 95 mln. ABŞ dolları, əsaslı xərclərə isə təqribən 25 mln. dollar xərclənib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə yataqlar blokunun operatoru "BP-Azerbaijan" şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib.

1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2019-cu ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 440 mln. ton (3,3 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 4 307 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Birinci üç rüb ərzində isə BTC vasitəsilə təqribən 24 mln. ton (177 mln. bareldən artıq) xam neft ixrac olunub və bu neft Ceyhanda 222 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Xatırladaq ki, "BTC Co."nun səhmdarları sırasına isə BP (30,1%), "AzBTC" (25%), "Chevron" (8,9%), "Equinor" (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), ITOCHU (3,4%), INPEX (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%) şirkətləri yer alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/799841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR