KİV: ABŞ Suriyada iki yeni neft bazası inşa edir

KİV: ABŞ Suriyada iki yeni neft bazası inşa edir
15:05 5 Noyabr 2019
78 Dünya
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ştatlar Suriyanın neft bölgəsində iki yeni hərbi baza qurur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ bölgəyə 250-300 əsgər, eləcə də zirehli texnikalar, ağır silahlar və döyüş sursatlarını göndərib.

Qeyd edək ki, dəfələrlə dünya ölkələri tərəfindən Trampın Suriyanın neft mədənlərin qarşı işğal siyasəti yürütdüyü bildirilib.

Pentaqon rəhbəri Mark Esperin sözlərinə görə, ABŞ qoşunları neft yataqlarını müdafiə etmək üçün buradadır və bura hücum etmək istəyən istənilən ölkənin cavabını verəcək.

Rusiya Müdafiə Nazirliyi  isə ABŞ-ın Suriyadakı "neft yataqlarını qoruması"nın mövcud beynəlxalq qanunlara zidd olduğunu bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/799844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR