Azərbaycanın şəhərləri arasında gecələr reallaşdırılan avtobus reyslərinin sayı artırılacaq

Azərbaycanın şəhərləri arasında gecələr reallaşdırılan avtobus reyslərinin sayı artırılacaq
15:37 5 Noyabr 2019
79 Digər
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Azərbaycanın şəhərləri arasında gecələr reallaşdırılan avtobus reyslərinin sayını artıracaq. 
Bu barədə “Report”un sorğusuna cavab olaraq qurumdan bildirilib. 
Məlumata görə, yenilik gələn ilin mart ayından olacaq: "Hazırda Bakıdan Gəncə, Qırmızı Körpü, Mingəçevir, Şəki istiqamətlərində gecə reysləri həyata keçirilir. Daha 5 regionun bu siyahıya əlavə edilməsi nəzərdə tutulub". 
Xatırladaq ki, bu ilin oktyabrın 1-dən Bakıdan regionlara gecə reysləri bərpa olunub. Bu addım 10 illik fasilədən sonra atılıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/seherlerarasi-avtobus-reyslerinin-sayi-artirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR