DTX və polis əməliyyat keçirdi - Əcnəbi vətəndaş yaxalandı

DTX və polis əməliyyat keçirdi - Əcnəbi vətəndaş yaxalandı
15:47 5 Noyabr 2019
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisində "Mercedes" markalı avtomobildən pul oğurlanması barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, Q.Qarayev prospektində avtomobildən şüşəni sındırmaq yolu ilə 3645 manatın oğurlandığı müəyyən edilib.

Nizami RPİ 25-ci Polis Şöbəsi və Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş, əvvəllər məhkum olunmuş M.Əhmədov Şıxlı keçid məntəqəsində saxlanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/799857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR