Hollivudun tənha ulduzu sevgilisi ilə görüntüləndi - FOTO

Hollivudun tənha ulduzu sevgilisi ilə görüntüləndi - FOTO
16:58 5 Noyabr 2019
125 Şou
Ölkə mətbuatı
A- A+

Hollivudun tənha ulduzu kimi məşhurlaşan aktyor Kianu Rivz uzun illərdən sonra ilk dəfə sevgilisi ilə birlikdə ictimaiyyət qarşısına çıxıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor bir neçə gün əvvəl Los-Ancelesdəki muzeydə baş tutan Art + Film qala gecəsində diqqət çəkməyi bacarıb. Məsələ ondadır ki, 55 yaşlı aktyor gecəyə 46 yaşlı rəssam sevgilisi Aleksandra Qrantla birlikdə gəlib.

Əl-ələ tutan cütlük fotoqraflara səmimi pozlar verib. Şəxsi həyatı faciələrlə dolu olan Kianu çox xoşbəxt görünüb.

Mənbələrin dediyinə görə, axşam saatlarında Kianu və Aleksandra dostları ilə birlikdə əylənərək birgə şəkillər çəkdirib.

Cütlük 2011-ci ildə film çəkilişlərində tanış olub. Bir neçə dəfə ictimai tədbirlərdə dost kimi bir araya gələn məşhurların bir ay əvvəl görüşməyə başladığı məlum olub.

Bu xəbər aktyorun pərəstişkarlarını sevindirsə də, ulduzun seçimi müzakirələrə səbəb olub. Çoxları sevgilisinin Kianudan yaşlı göründüyünü yazıb.

Həyatı faciələrlə dolu olan aktyor: “İlk görüşdən qadın cazibəsinin sehrinə düşə bilərəm”

Hollivudun ən tənha aktyoru haqqında 8 FAKT

Kianu Rivz: "Burada insanlar məhəbbət barədə unudub”


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/295200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR