Bələdiyyə seçkilərində iştirak üçün müraciət edən partiyaların sayı 11-ə çatıb

Bələdiyyə seçkilərində iştirak üçün müraciət edən partiyaların sayı 11-ə çatıb
17:05 5 Noyabr 2019
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak üçün müraciət edən siyasi partiyaların sayı 11-ə çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, Vətəndaş Həmrəyliyi Partiyasının dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsinin qeydə alınması ilə seçkilərdə iştirak edəcək siyasi partiyaların sayı 11-ə çatıb.

Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və "Ana Vətən" Partiyasının səlahiyyəti nümayəndələri qeydə alınmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/799974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR