Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb
17:08 5 Noyabr 2019
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb.

Bu barədə Trend-ə O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu O.Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olacaq. F.Gülalıyeva bildirib ki, Heydər Əliyev Fondundan ona zəng edib həyat yoldaşının vəziyyəti ilə maraqlanıblar.

O qeyd edib ki, Fond ailəsinin müraciətini nəzərə alaraq, O.Güləliyevin müalicəsi üçün Türkiyədən həkimlər dəvət edib.

Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub.

Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

O.Gülalıyevin müalicəsi hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Oqtay Gülalıyev
  • Heydər Əliyev Fondu

Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3144443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR