Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzilə Belarusun beyin mərkəzi memorandum imzaladı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzilə Belarusun beyin mərkəzi memorandum imzaladı
17:08 5 Noyabr 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev, şöbə müdiri Fuad Çıraqov və aparıcı məsləhətçi Ayaz Rzayev noyabrın 4-5-də Belarus Respublikasına səfər ediblər.

Səfərin ilk günü Belarus Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin müəllim heyəti ilə görüşlər keçirilib.

Görüş zamanı tərəflər arasında müntəzəm əlaqələrin təmin edilməsi və əməkdaşlığın təşviqi məsələləri müzakirə edilib.

Səfərin ikinci günü Belarus Strateji Araşdırmalar İnstitutu ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi arasında anlaşma memorandumu imzalanıb. Memorandumu BMTM sədri Fərid Şəfiyev və Belarus Strateji Araşdırmalar İnstitutunun sədri Oleq Makarov imzalayıblar. İnstitutda keçirilən görüş zamanı Belarus-Azərbaycan münasibətlərin inkişaf perspektivləri, iki beyin mərkəzi arasında təcrübə mübadiləsi, iki ölkənin xarici siyasət prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Səfər çərçivəsində digər yerli ekspertlərlə görüşlər keçirilib, fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/295211.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR