Oğuzda 5 yaşlı uşağı avtomobil vurub

Oğuzda 5 yaşlı uşağı avtomobil vurub
17:37 5 Noyabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Oğuz rayonunda 5 yaşlı uşağı avtomobil vurub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Opel" markalı avtomobil Padar kəndinin sakini, 2014-cü il təvəllüdlü Rəşad Rüstəm oğlu Məzahirovu vurub. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşağın vəziyyəti ağır olduğundan daha sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/oguzda-5-yasli-usagi-avtomobil-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR