Klub prezidenti futbolçuların bazadan çıxışına qadağa qoydu

Klub prezidenti futbolçuların bazadan çıxışına qadağa qoydu
18:22 5 Noyabr 2019
90 İdman
Ölkə mətbuatı
A- A+

"Napoli"nin prezidenti Aurelio De Laurentiis komandanı cəzalandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klub rəhbəri son üç qarşılaşmada qalib gələ bilmədikləri üçün futbolçuların həftə sonuna qədər bazadan çıxışına qadağa qoyub.

Klub prezidenti komandanı cəzalandırmaq deyil, bir-birilərini yaxından tanımaları üçün belə qərar verdiyini deyib.

Komandanın baş məşqçisi Karlo Ançelotti isə prezidentin qərarı ilə razı olmadığını söyləyib: "Klubun verdiyi qərarla razı deyiləm. Ancaq məşqçi məşqçi olaraq qalmalıdır. Bu, klubun verdiyi qərardır".

Qeyd edək ki, "Napoli" A Seriyasında 11 turdan sonra 18 xalla 7-ci sırada qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/799959.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR