Böyük Britaniya ilə Aİ arasında ticarət sazişi baş tutmaya bilər

Böyük Britaniya ilə Aİ arasında ticarət sazişi baş tutmaya bilər
19:32 5 Noyabr 2019
57 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniya hökuməti “Brexit”dən sonra keçid mərhələsi başa çatanadək Avropa İttifaqı (Aİ) ilə ticarət sazişinin imzalanmaması ehtimalını nəzərə alır.
“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Lankaster hersoqluğunun kansleri (de-fakto xüsusi tapşırıqlar üzrə nazir) Maykl Qouv müsahibəsində bildirib.
“Əlbəttə, biz hər bir ehtimala hazır olmalıyıq, amma keçid dövrü başa çatanadək Aİ ilə qarşılıqlı faydalı münasibətlər qura biləcəyimizə şübhə etmirəm”, - deyə britaniyalı rəsmi 2020-ci il başa çatanadək Aİ ilə gələcək əməkdaşlıq, ticarət qaydaları və tariflər barədə saziş imzalayıb-imzalamayacaqları barədə suala cavab verərkən bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/boyuk-britaniya-ile-ai-arasinda-ticaret-sazisi-bas-tutmaya-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR