APOEL-də iki itki - "Qarabağ"a qarşı oynamayacaq

APOEL-də iki itki - "Qarabağ"a qarşı oynamayacaq
20:05 5 Noyabr 2019
137 İdman
Ölkə mətbuatı
A- A+

APOEL-in iki futbolçusu Tomas de Vinsenti və Roman Bezyak Avroliqanın qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la ev oyununu buraxacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna səbəb onların zədədən bərpa prosesinin davam etməsidir.

Komandanın digər zədəli futbolçusu Antonio Yakoliş isə tam sağalıb. O, baş məşqçi Tomas Doll şans verəcəyi təqdirdə, Ağdam klubuna qarşı oynayacaq.

Qeyd edək ki, noyabrın 7-i keçiriləcək APOEL - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/799780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR