Beynəlxalq Muğam Mərkəzində macar musiqiçilərinin konserti olacaq

Beynəlxalq Muğam Mərkəzində macar musiqiçilərinin konserti olacaq
23:01 5 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzi Macarıstan səfirliyinin dəstəyi ilə “Macarıstan musiqisi axşamları” adlı konsert proqramı təqdim edəcək.

Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, paytaxt sakinləri və şəhərimizin qonaqları noyabrın 11-12 və 14-də macar xalq musiqisindən ibarət müxtəlif janrlarda ifa edən macar musiqiçilərinin ifalarını dinləmək imkanı qazanacaqlar.

Üç gün ərzində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Macarıstanın Avropada məşhur nəfəs alətləri qrupunun “Cantores Esslesiae” solistləri və zambalın misilsiz qarışığı olan musiqi ilə Bakı tamaşaçılarına klassik musiqi şedevrlərini təqdim edəcəklər. “Evrovision” mahnı müsabiqəsinin iştirakçısı müğənni Magyar Borinin təqdimatında “disklend” üslublu “smokey” caz gecəsi də layihənin yaddaqalan konsertlərindən biri olacaq. Tamaşaçılar macar musiqisi axşamlarında, həmçinin cymbalum alətinin tanınmış ifaçısı Csurkulya Jozefin ifasında macar xalq musiqisinin ruhunu hiss edəcəklər.

Biletləri şəhərin kassalarından, itiket.az və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Qeyd edək ki, Muğam Mərkəzi beynəlxalq əlaqələrini genişləndirərək yeni layihələrə imza atır. Mərkəz ölkəmizdə fəaliyyət göstərən səfirliklərə birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq ikitərəfli konsert proqramları və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3144539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR