Mütəxəssislər AÇIQLADI: Selfi çəkmək XƏSTƏLİKDİR

Mütəxəssislər AÇIQLADI: Selfi çəkmək XƏSTƏLİKDİR
23:38 5 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Selfi çəkməyən insan varmı? Bu, ən məşhur foto çəkmə üsuludur. Lakin bilməliyik ki, selfi çəkmək psixoloji pozğunluğa yol açır.

Publika.az məlumat verir ki, “Selfitis” adlandırılan bu xəstəlik zarafat kimi meydana çıxıb, sonar Amerika Psixiatrik Assosiasiyası və bir sıra digər səlahiyyətli qurum bunu ciddi araşdırmağa başlayıb.

Selfi asılılığı 3 qrupa bölünür və “selfitist davranış şkalası”na uyğun incələnir.

Sərhəd mərhələsi: gündə azı 3 selfi çəkən, lakin sosial mediada paylaşmayanlar.

Kəskin: gündə 3 selfi çəkib sosial mediaya yerləşdirənlər.

Xroniki: gündə azı 6 selfisini paylaşanlar.

Selfi çəkməyin 6 psixoloji səbəbi var: diqqəti çəkmək istəyi, özünü daha yaxşı hiss etmək, sosial mediada özünü bəyəndirmək, özünə inam qazanmaq, bir qrupa uyğunlaşma arzusu və ətrafın diqqətini üzərinə çəkmək.

Məsələn, “xroniki” kateqoriyasında selfi asılıları daha çox sosial şəbəkələrdə bəyənilmək üçün selfi çəkirlər.

Selfi çəkərkən ehtiyatsızlıq nəticəsində həyatını itirənlərin sayı heç də az deyil.

127 ölüm hadisəsindən 76-nın qeydə alındığı Hindistanda bu məzmunda araşdırma aparılıb.

Nottingem Trent Universitetinin professoru Yanarthanan Balakrişan bir selfitistin igər asılılıq davranışları ilə eyni simptomları daşıya biləcəyini qeyd edib.

Psixoloq Mark Sleyter isə selfitist adlı bir anlayışın olmadığını, belə təhlükəli və qeri-real bir şeyə real anlam yükləməyin ciddi fəsadlara yol aça biləcəyini bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/295243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR