Çempionlar Liqası: "Çelsi" məhsuldar heç-heçəyə, "Borussiya" qələbəyə nail olub

Çempionlar Liqası: "Çelsi" məhsuldar heç-heçəyə, "Borussiya" qələbəyə nail olub
02:02 6 Noyabr 2019
91 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.
"Report"un məlumatına görə, turun ilk 2 oyunda gözlənilməz nəticələr qeydə alınıb. F qrupunda yer alan "Barselona" İspaniyada Çexiyanın "Slaviya" (Praqa) komandasını məğlub edə bilməyib. Görüş qolsuz yekunlaşıb. Bununla belə, "Barsa" 8 xalla liderliyini qoruyub. "Slaviya" isə 2 xalla qrupda sonuncudur.
G qrupunda isə "Zenit" Rusiyada da Almaniya "Leyptsiq"inə uduzub - 0:2. İlk yarının uzatma dəqiqələrində Dieqo Demme, 63-cü dəqiqədə Marsel Zabitser fərqlənib. Bununla da xallarını 9-a çatdıran "Leyptsiq" liderliyini qoruyub. 4 xalı olan "Zenit" isə 2-ci pilləni əldən vermə təhlükəsi ilə üzləşib.
Gecənin qalan 6 görüşü isə daha məhsuldar alınıb. Almaniyada "Borussiya" Dortmundda İtaliyanın "İnter" komandası ilə matçda 0:2 hesabı ilə geridə olduğu halda, əzmkar qələbəyə nail olub - 3:2. Hollandiya "Ayaks"ı isə İngiltərədə "Çelsi" ilə qarşılaşmada 4:1 hesabı ilə üstün durumda olduğu halda, heç-heçə ilə kifayətlənməli olub - 4:4.
Çempionlar Liqası
Qrup mərhələsi, IV
6 noyabr
E qrupu
24:00. "Napoli" (İtaliya) - "Zaltsburq" (Avstriya) - 1:1
Qollar: İrvinq Losano, 44 - Erlinq Braut Holand, 11 (penalti ilə)
24:00. "Liverpul" (İngiltərə) - "Genk" (Belçika) - 2:1
Qollar: Jorjinyo Veynaldum, 14. Aleks Oksleyd-Çemberlen, 53 - Alli Mbvana Samatta, 41
F qrupu
24:00. "Borussiya" (Dortmund, Almaniya) - "İnter" (İtaliya) - 3:2
Qollar: Əşrəf Hakimi, 51; 77. Yulian Brandt, 64 - Lautaro Martines, 5. Matias Vesino, 40
21:55. "Barselona" (İspaniya) - "Slaviya" (Praqa, Çexiya) - 0:0
G qrupu
21:55. "Zenit" (Rusiya) - "Leyptsiq" (Almaniya) - 0:2
Qollar: Dieqo Demme, 45+5. Marsel Zabitser, 63
24:00. "Lion" (Fransa) - "Benfika" (Portuqaliya) - 3:1
Qollar: Yoaxim Andersen, 4. Memfis Depay, 33. Bertran Traore, 89 - Haris Seferoviç, 76
H qrupu
24:00. "Çelsi" (İngiltərə) - "Ayaks" (Hollandiya) - 4:4
Qollar: Jorjinyo, 5; 71 (hər ikisi penalti ilə). Sesar Aspilikueta, 63. Ris Ceyms, 74 - Tammi Abraham, 2 (öz qapısına). Kvinsi Promes, 20. Kepa Arrisabalaqa, 35 (öz qapısına). Donni van de Beek, 55
24:00. "Valensiya" (İspaniya) - "Lill" (Fransa) - 4:1
Qollar: Daniel Parexo, 66 (penalti ilə). Adama Sumaoro, 82 (öz qapısına). Joffri Kondoqbia, 84. Ferran Torres, 90 - Viktor Osimhen, 25

***00:00
UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.
"Report"un məlumatına görə, turun ilk 2 oyunda gözlənilməz nəticələr qeydə alınıb. 
F qrupunda yer alan "Barselona" İspaniyada Çexiyanın "Slaviya" (Praqa) komandasını məğlub edə bilməyib. Görüş qolsuz yekunlaşıb. Bununla belə, "Barsa" 8 xalla liderliyini qoruyub. "Slaviya" isə 2 xalla qrupda sonuncudur.
G qrupunda isə "Zenit" Rusiyada da Almaniya "Leyptsiq"inə uduzub - 0:2. İlk yarının uzatma dəqiqələrində Dieqo Demme, 63-cü dəqiqədə Marsel Zabitser fərqlənib. 
Bununla da xallarını 9-a çatdıran "Leyptsiq" liderliyini qoruyub. 4 xalı olan "Zenit" isə 2-ci pilləni əldən vermə təhlükəsi ilə üzləşib.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempionlar-liqasi-celsi-mehsuldar-hec-heceye-borussiya-qelebeye

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR