İsveçrədə Hikmət Hacıyevin mühazirəsi təşkil olunub (FOTO)

İsveçrədə Hikmət Hacıyevin mühazirəsi təşkil olunub (FOTO)
02:29 6 Noyabr 2019
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İsveçrənin ən iri beyin mərkəzi hesab olunan Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin mühazirəsi təşkil olunub.

Azərbaycanın İsveçrədəki səfirliyindən Trend-ə verilən məlumata görə, İsveçrəyə ikitərəfli səfəri çərçivəsində AR Prezidenti Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzində “Azərbaycanın xarici siyasətinin regional meyarları” mövzusunda mühazirə ilə çıxış etmişdir. Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyinin təşkil etdiyi mühazirədə Cenevrə Mərkəzinin professor və tədqiqatçılar heyəti, bu qurumun kurslarının dinləyiciləri, eləcə də Cenevrə Universitetinin tələbələri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Mühazirə zamanı H.Hacıyev müsəlman şərqində ilk parlament respublikası Azərbaycan Xalq Cumhuriyyətinin yaranması, Cumhuriyyətin xarici siyasəti və bu il Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd edilməsi barədə auditoriyanı məlumatlandırmışdır.

H.Hacıyev 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın xarici siyasətinin formalaşmasında təhlükəsizlik faktorunun əsas rol oynadığını bildirərək, tarixi reallıq, geosiyasət və enerji meyarlarını nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında milli maraqlar əsasında xarici siyasət yürütdüyünü vurğulamışdır. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın üzləşdiyi əsas təhlükəsizlik probleminin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bu təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunması və 1 milyona yaxın Azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi olduğu vurğulanmışdır.

Bundan başqa, mühazirədə Azərbaycanın tərəfdaşları ilə birgə həyata keçirdiyi enerji layihələri vasitəsilə Xəzər, Qara, Aralıq və Adriatik dənizlərini birləşdirməsi, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində logistika qovşağı rolunu oynaması, bu kontekstdə Mərkəzi Asiya ölkələri və qonşu dövlətlərlə əməkdaşlıq məsələlərinə toxunulmuşdur.

Sonra auditoriyanın Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həlli perspektivləri, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolu, Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığıa münasibəti, ölkəmizin iqlim təhlükəsizliyi konsepsiyası, Azərbaycanın ABŞ və NATO, eləcə də Rusiya ilə əməkdaşlığı, həmçinin Azərbaycanda dini tolerantlıq mühiti ilə bağlı çoxsaylı sualları cavablandırılmışdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3144582.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR