Əzgilin faydaları: arıqladır, bel ağrılarını aradan qaldırır...

Əzgilin faydaları: arıqladır, bel ağrılarını aradan qaldırır...
08:08 6 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Payız-qış fəslinin ən sevilən meyvələrindən biri də əzgildir. Kimisi bərk, kimisi də bir az yumşalmış formada xoşlayır əzgilin dadını. Amma dadı ilə yanaşı insan orqanizmi üçün faydaları da saymaqla bitmir.

Publika.az sizə əzgilin inanılmaz faydalarını təqdim edir.

Əzgil kalsium, dəmir, fosfor, potasium tərkibi ilə yanaşı askorbin turşusu ilə zəngin olması baxımından orqanizm üçün çox faydalıdır. O sərinlədici təsiri ilə bədənə təravət bəxş edir. Antioksidant xüsusiyyəti sayəsində zərərli toksinləri yox edir.

Əzgil yarpağının suyu immunitet sistemini gücləndirir, bədənə güc verir. Şəkər xəstələri də bu şəfalı meyvədən mütləq istifadə etməlidir. Həmçinin əzgil yarpağı qaraciyərə də kömək edir. Onu zəhərli maddələrdən qoruyur. Sakitləşdirici təsir göstərir, dəri xərçənginin qarşısını alır.

Depressiyaya kömək etməsi də əzgilin faydaları arasındadır. Qusma, mədə bulantısını da aradan qaldırır. Buna görə hamilə qadınlar da bu meyvədən rahatlıqla yeyə bilərlər. Bu faydalı meyvə hamilələrdə erkən doğumun qarşısını alır. Həmçinin bel ağrılarının dərmanıdır. Ağrıları yüngülləşdirmə xüsusiyyəti də var.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/295269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR