Cəzaçəkmə müəssisəsinə mobil telefonlar keçirilməsinin qarşısı alınıb

17:37 16 Yanvar 2015
110 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 17:33 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefonların keçirilməsinin qarşısı alınıb.

 

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Camal Fəxrəddin oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlmiş anası Yeganə Lumu qızı Əliyevanın gətirdiyi sovqata baxış keçirilib. Bu zaman “Ana-bala” adlı yağ qabının içərisində gizlədilmiş 5 ədəd “Nokia” markalı mobil telefon aparatı və onlara aid 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

 

Fakt üzrə araşdırma aparılır.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR