Tramp ABŞ-ın Suriyada neft yataqlarını qorumaqla bağlı hərbi missiya planını təsdiqləyib

Tramp ABŞ-ın Suriyada neft yataqlarını qorumaqla bağlı hərbi missiya planını təsdiqləyib
09:32 6 Noyabr 2019
65 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Suriyanın şərqindəki neft yataqlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə genişləndirilmiş hərbi missiya planını təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə AP mənbələrə istinadən məlumat yayıb.
Bu plana əsasən, ABŞ ordusu Suriya kürdlərinin nəzarət etdiyi ərazilərin çoxunu qoruyacaq.
Həmçinin qeyd olunur ki, Suriyada azı 800 ABŞ hərbçisi qala bilər. Onlardan 200-ə yaxınının Suriyanın cənubunda yerləşən Et-Tanfın bazasında yerləşdiriləcəyi bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/tramp-suriyada-neft-yataqlarinin-qorunmasi-planini-tesdiqleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR