Bir evdən 4 cəsəd tapıldı - Evdə sianid var, yaxın gəlməyin! - FOTO

Bir evdən 4 cəsəd tapıldı - Evdə sianid var, yaxın gəlməyin! - FOTO
09:37 6 Noyabr 2019
199 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə dəhşətli hadisə baş verib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, İstanbulun Fatih rayonundakı Molla Gürani məhəlləsindəki evdən 4 nəfərin cəsədi tapılıb.

Ölənlərdən 2-si qadın, 2-si isə kişidir. Onlardan yaşca ən kiçiyinin 48 yaşı var.

Yaxın qohumların ölüm səbəbi kimyəvi maddədən zəhərlənmədir. Belə ki, qonşular qapıya qoyulan qeydi görüb, polis çağırıblar.

Hadisə yerinə gələn polislər qapıda yazılan "Evdə sianid var, yaxın gəlməyin, polis çağırın" sözünü görüb fövqəladə hallar briqadasından kömək istəyiblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sianid turşusu həddən artıq zəhərlidir. Turşunun buxarı ilə nəfəs aldıqda və ya o dərinin zədələnmiş hissəsinə düşdükdə ölümlə nəticələnir. Sianid turşusunun buxarları paltarlara yaxşı hopur (sığınacağa daxil olarkən nəzərə alınmalıdır) və ümumzəhərləyici təsir göstərir.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/800048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR