Bakıda kafedə keçmiş məhkum qadını döyüb

Bakıda kafedə keçmiş məhkum qadını döyüb
09:52 6 Noyabr 2019
71 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda kafedə 31 yaşlı qadın döyülüb.
“Report”un xəbərinə görə, hadisə noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən kafelərin birində baş verib.
Belə ki, gecə saat 3 radələrində naməlum şəxs Bakı şəhər şəhər sakini, 1988-ci il təvəllüdlü K.Qasımovanı xuliqanlıq zəminində döyüb.
Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şirvan rayon sakini, 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş T.Xələfov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-kafede-kecmis-mehkum-qadini-doyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR