Tacikistan-Özbəkistan sərhədində atışma olub, 15 silahlı məhv edilib

Tacikistan-Özbəkistan sərhədində atışma olub, 15 silahlı məhv edilib
10:07 6 Noyabr 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Tacikistan-Özbəkistan sərhədində sərhədçilərlə 20 nəfərlik silahlı dəstə arasında baş verən atışma nəticəsində 15 silahlı zərərsizləşdirilib, 1 əsgər və 1 polis əməkdaşı həlak olub.
“Report” “CA-NEWS”a (TJ) istinadən xəbər verir ki, məlumatı Tacikstan Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunlarının Mətbuat Xidməti yayıb.
Hadisə noyabrın 6-da səhər saatlarında baş verib. Bir qrup silahlı “Sultanabad” sərhəd dəstəsinin 4 saylı “İşkobod” sərhədyanı zastavasına hücum edib. Sərhədçilərin açdığı atəş nəticəsində onların 15-i öldürülüb, 5-i isə saxlanlıb. Atışma nəticəsində bir əsgər və Tacikistan Daxili İşlər Nazirliyinin bir əməkdaşı ölüb.
Tacikistan Daxili İşlər Nazirliyindən bildirilib ki, əməliyyat nəticəsində silahlı qruplaşmanın 4 avtomobili də məhv edilib. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/tacikistan-ozbekistan-serhedinde-atisma-olub-17-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR