Bu telefon və komputerlərin satışına qadağa qoyula bilər - Rusiya Dövlət Duması qanun qəbul etdi

Rusiya Dövlət Duması rus dilində proqramlaşdırılmayan smartfon və komputerlərin satışının qadağan edilməsinə dair qanun qəbul edib.

Metbuat.az rus mediasına istinadən xəbər verir ki, qəbul edən qanuna görə, ölkədə satılan bütün ağıllı telefonlar, komputer və smart televizorlar zavod parametrləri olaraq rus proqramı ilə çalışmalıdır. Qanunun hansı məhsulları əhatə edəcəyi kimi detalları isə dövlət müəyyənləşdirəcək. Qanuna zidd davranan şirkətlərə isə ağır pul cəzasının verilməsi nəzərdə tutulub. Qanun layihəsinin həyata keçməsi üçün isə Rusiya prezidenti Vladimir Putinin qərarı lazımdır.

Dumanın deputatı Aleksey Kanayev qanunla bağlı verdiyi açıqlamada deyib ki, bu addım rus şirkətlərinin daha rəqabətçi hala gəlməsinə səbəb olacaq, həmçinin istehlakçıların hüquqları qorunmuş olacaq.

Qeyd edək ki, Rusiyada satılan xarici istehsal telefonlarda rus istehsalı axtarış sistemi və mesajlaşma proqramlarının olması məsələsi bir müddət öncə də gündəmə gəlmişdi. "Yandex", "Mail.ru" kimi rus texnologiya şirkətlər bunu dəstəkləsə də, "Apple", "Samsung" və "Huawei" qarşı çıxmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR