Bakıda siqaret üstündə cinayət - FOTO

Bakıda siqaret üstündə cinayət - FOTO
17:37 16 Yanvar 2015
112 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Apellyasiya Məhkəməsində Sabirabad rayon sakini Azəri Mirzəyevin CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Milli.Az pressaz.com-a  istinadən xəbər verir ki, ittiham aktına əsasən, ötən il aprelin 22-də axşam saat 22:00 radələrində Maştağa qəsəbəsinin Nizami küçəsində Azəri Mirzəyev heç bir əsaslı səbəb olmadan Nadir Məlikovdan məhəlləni tərk etməsini tələb edib. Aralarında yaranan mübahisə zamanı Mirzəyev qonşusuna çoxsaylı bıçaq zərbələri vurub. Nəticədə sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Daxil olan məlumat əsasında hadisə yeri, Sabunçu Rayon Polis İdarəsininİ 14-cü polis bölməsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müayinə olunub. Azəri Mirzəyev şübhəli şəxs qismində saxlanılıb.

İstintaqın gedişatında məlum olub ki, A.Mirzəyev əvvəllər CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə məhkum olunub, 2013-cü ilin avqust ayında azadlığa çıxdıqdan sonra heç bir işlə məşğul olmayıb.

Nadir Məlikovla ilk münaqişəsi 2014-cü il aprelin 17-də baş verib. Həmin gün təsadüfən küçədə rastlaşdıqda A.Mirzəyev Nadirdən siqaret istəyib, sonuncu isə ona siqaret verməyib və üstəlik, Mirzəyevi təhqir edib. Qarşılıqlı söyüşlərdən sonra əlbəyaxa olsalar da, yoldan keçən şəxslər onları ayırıblar. Ayın 22-də sərxoş vəziyyətdə küçəyə çıxan Azəri mağazanın qarşısında Nadirin dayandığını görüb və yaxınlaşaraq sonuncudan oranı tərk etməsini tələb edib. Sonra isə onu bışaqlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azəri Mirzəyev 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi cinayət işini araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR