NASA kosmonavtlar üçün "ağıllı əlcəklər" düzəltdi - Marsa uçuş üçün

NASA 2030-cu illərdə Marsa ilk insanlı missiyasını həyata keçirmək üçün çalışmalarını davam etdirir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, NASA kosmonavtlar üçün smart əlcəklər düzəldib. Bunun sayəsində kosmonavtlar dronları əl hərəkətləri ilə idarə edə biləcəklər. Həmçinin bu ağıllı əlcəklər ilə Marsda kəşf missiyasını yerinə yetirən robotları da idarə etmək mümkün olacaq.

Layihəni həyata keçirən heyətdən Norveç Universiteti tələbələri tərəfindən test edilən əlcəklər ilk testi uğurla keçiblər. Hələ prototip mərhələsində olan əlcəklərin Marsa gedəcək kosmonavtlar tərəfindən istifadə edilməsi planlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR