Məşhur aktyor Riçard Gir 70 yaşında ata olur

Hollivud ulduzu Riçard Gir 70 yaşında üçüncü dəfə ata olmağa hazırlaşır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 4 il eşq yaşadıqdan sonra özündən 24 yaş kiçik olan Aleksandra Silva ilə evlənən və evliliklərinin ilk ilində ata olan ABŞ aktyoru eyni həyəcanı təkrar yaşayacaq.

Riçard Girin ilk həyat yoldaşından 19 yaşında bir oğlu da var. Onlar 2002-ci ildə evlənmiş, 14 ildən sonra isə ayrılmışdılar. Bundan öncə isə 1991-95-ci illərdə aktyor model Kindi Kravford ilə evli olmuşdu.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR