Bakıda usta avtoservisdən qaçırdığı avtomobillə qəza törədib

Bakıda usta avtoservisdən qaçırdığı avtomobillə qəza törədib.

Metbuat.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 5-də saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisindəki avtoservislərin birindən Bakı şəhər sakini A.Xəlilova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb və Xəzər rayonunun Binə qəsəbəsi ərazisində idarə edilərkən işıq dirəyinə vurulub.

Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, həmin avtoservisdə usta işləyən Ə.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR