"Xaç Atası" filminin rejissorundan Marlon Brandoya məktub - 46 il sonra üzə çıxdı

Bütün dünyanın maraqla izlədiyi və film siyahılarında zirvədə yer alan "Xaç Atası" ("The Godfather") filminin rejissoru Ford Koppolanın filmin əsas rollarından birini canlandıran Marlon Brandoya yazdığı məktub üzə çıxıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, məktubun məzmunundan məlum olduğuna görə, Ford Koppola Marlon Brandoya "Xaç Atası 2" filminin çəkilişlərindən öncə "rədd edə bilməyəcəyi bir təklif" edib, amma uğursuz olub. Belə ki, yaxın zamanlarda Marvel filmlərinin dəyərsiz adlandıran Koppola filmin ikinci seriasında da "Vito Corleone" rolunun gəncliyini Brandonun oynamasını istəyib, lakin Brando rolu rədd edib.

"The Daily Mail"in xəbərinə görə, məktub 1973-cü ilə aiddir. Məktubda Koppola filmin ikinci hissəsinin Brando olmadan çəkilə bilməyəcəyini qeyd edib. Məktubda yazılıb: "Marlon, sənə çox hörmət edirəm. Əgər mənə bunu etmək istəmədiyini söyləsəydin... Bunu qəbul edər və bir daha da bu barədə bəhs etməzdim".

Qeyd edək ki, həmin rolu o zaman Brandodan 19 yaş kiçik olan Robert De Niro canlandırmışdı və o, bu rola görə "Ən yaxşı Yardımçı Rolu" nominasiyasında Oskar qazanmışdı. Həmçinin Marlon Brando da "Xaç Atası" filmindəki rolu ilə "Ən yaxşı Aktyor" nominasiyasında Oskara sahib olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR