Tacikistan - Özbəkistan sərhədində atışma: 15 silahlı məhv edildi

Tacikistan - Özbəkistan sərhədində atışma: 15 silahlı məhv edildi
12:47 6 Noyabr 2019
82 Dünya
Ölkə mətbuatı
A- A+

Tacikistan - Özbəkistan sərhədində yerləşən sərhəd zastavasına silahlı hücum edilib.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, 20 silahlı şəxs Sultanabad sərhəd dəstəsinin "İşkobod" zastavasına hücum edib.

Hücum zamanı 15 silahlı məhv edilib, 5 nəfər saxlanılıb.

Bundan başqa, bir nəfər sərhədçi və bir nəfər polis əməkdaşı ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/800120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR