Mərkəzi Bank rəqəmsal eyniləşdirmə sistemini bu il təqdim edəcək

Mərkəzi Bank rəqəmsal eyniləşdirmə sistemini bu il təqdim edəcək
15:47 6 Noyabr 2019
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Blokçeyn texnologiyası əsasında rəqəmsal eyniləşdirmə sisteminin tətbiqi prosesi bu ilin sonunadək başa çataçaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın İnformasiya texnologiyaları departamentinin direktoru Fəridə Osmanova deyib.

O bildirib ki, bu sistem 2020-ci ilin birinci rübündə istifadəyə veriləcək.

Onun sözlərinə görə, bu, kredit təşkilatlarına verilən şəxsi məlumatların təhlükəsizlik səviyyəsinin artmasına kömək edəcək, eləcə də əməliyyatların böyük əksəriyyətini məsafədən həyata keçirməyə imkan verəcək:

"Bütün bunların birbaşa nəticəsi Mərkəzi Bankın açıq bankinqə keçidi olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/800206.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR