Azərbaycanda elektron ticarətin artımı 90 faizdən çox olub

Azərbaycanda elektron ticarətin artımı 90 faizdən çox olub
16:22 6 Noyabr 2019
32 Ölkə
Ölkə mətbuatı
A- A+

2019-cu ilin ilk doqquz ayı ərzində Azərbaycanda elektron ticarətin həcmi 91 faiz artaraq 2,2 milyard manat təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.

O bildirib ki, Azərbaycanda elektron ticarət sahəsi sürətlə artır və bu artım həmin sahənin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsini sürətləndirə bilər.

A.Quliyev əlavə edib ki, hazırda elektron ticarətə tətbiq olunan ƏDV 18 faizə bərabərdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/800220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR