Terrorçulara qoşulan Günəş Suriyada öldürüldü - FOTO

Terrorçulara qoşulan Günəş Suriyada öldürüldü - FOTO
16:52 6 Noyabr 2019
96 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında daha bir antiterror əməliyyatı həyata keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, zərərsizləşdirilən bir neçə terrorçu arasında gənc qız Ceren Günəş də var.

Məlumata görə, Muğlada PKK terror qruplaşmasının üzvləri ilə tanış olan Günəş daha sonra təşkilata qatılıb. O, dağa çıxaraq PKK-çılardan təlim görüb, ardından Suriyanın şimalına yollanıb. YPG-nin uniformasını  geyinərək dəfələrlə təhlükəsizlik qüvvələri ilə atışmaya girib. 

Onun sosial şəbəkədə paylaşılan fotolarında nəinki dağlarda, eləcə də küçə etirazlarında iştirak etdiyi görünür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/800221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR